Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək gediblər - İDDİA
Su borusu partlayıb, asfalt örtüyü çökmüş vəziyyətdədir. Vətəndaşa məxsus yaşayış evinin zirzəmisi yararsız hala düşüb.
Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonunun Rəşid Bağırov küçəsi, 36 ünvanından gedir. Vətəndaş iddia edir ki, 2013-cü ildən adıçəkilən ünvanda yaşayır.
Nəzakət Məmmədova deyir ki, illər öncə zədələnən su borusundan onun zirzəmisinə su sızırmış.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ünvana baxış keçirilib. Məlum olub ki, su borusunun üzərindən avtomobil keçməsi nəticəsində xətdə qəza baş verib. Xidmətin dəstəyi ilə baş vermiş qəza aradan qaldırılacaq və su borusu bərpa olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Rəylər