“Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin köçürülməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, əgər buna dair müvafiq qərar verilsə, nazirlik mütləq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələni nəzərdən keçirəcək.
“Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq Quliyev, Müslüm Maqomayevin heykəlləri barədə düşünürük. Bu heykəllərin hazırlanması ilə bağlı müsabiqələr keçirilib və onlar artıq hazırlanma prosesindədir.
Heydər Əliyev Fondu tərəfindən bu prosesə rəhbərlik olunur. Biz də bu işdə fəal iştirak edirik”, - deyə Ə.Qarayev qeyd edib.
Xətainin Bakıdakı heykəli köçürülür? - RƏSMİ AÇIQLAMA