Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, N.Bağırzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
20:04
Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) bir nəfər dənizdə batıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.