Yay fasiləsində İspaniyanın “Real” klubundan İtaliya təmsilçisi “Yuventus”a keçən Kriştianu Ronaldu, nəhayət ki, Turin klubunda qol hesabını açıb.
Oxu.Az xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasının IV turunda “Sassuolo” ilə keçirilən görüşdə dubl edib.
O, 50 və 65-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Məhz onun dublu sayəsində Turin klubu 2:1 hesabı ilə qalib gəlib.
#JuveSassuolo 1-0 #ForzaJuve #FinoAllaFine @Cristiano #Ronaldo Scores first #Juve goal #cr7juve #SerieA pic.twitter.com/WhmdfcBG2c
— Marickian (@Marickian) 16 сентября 2018 г.
Qeyd edək ki, 33 yaşlı futbolçu geridə qalan üç turda qol vurmadığı üçün çox tənqid edilirdi.
Səbuhi MUSAYEV
www.oxu.az