Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ronaldunun uğurunun sirri açıldı
“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun səhhətinə nəzarət edən həkimlər futbolçunun mükəmməl formada qalmasının sirrini açıblar.
Oxu.Az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, həkim Xuan Karlos Ernandes bildirib ki, Ronaldunun uğurunun əsasında düzgün məşq, düzgün qidalanma və düzgün istirahət dayanır.
Həkim Mik Kleqq isə düşünür ki, Ronaldu ilə digərləri arasında fərq işə sədaqətdir.
“Kriştianu heç vaxt dayanmır”, - deyə o vurğulayıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər