Xırdalanda uçan binanın altından daha bir nəfərin meyiti çıxarılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Abdullayeva İfayətin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onun cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, mərhumənin Firuzə və Aytac adlı iki qızı binanın altından sağ çıxarılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Xırdalanda 4 mərtəbəli binada baş verən partlayışda ölən Məharət Abbasov İfayət Abdullayevanın qardaşı imiş.