Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xocalı sakini: "Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar"
Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Xocalı sakini Nurlan Həsənov deyib.
O, digər həmyerliləri kimi, doğma yurda qayıdışın sevincini yaşadığını vurğulayıb:
"İşğal dövründə yaşayış yerimizi bir neçə dəfə dəyişməli olsaq da, yekunda Gəncə şəhərində məskunlaşdıq. Doğma kəndimizə də Gəncədən köçürük. Bütün həmyerlilərim kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Başda Ali Baş Komandan olmaqla, bu xoş və qürurlu günləri bizə yaşadan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Doğma yurda dönməyin sevincini indi necə yaşayırıqsa, bizdən sonra gələn nəsillər də bu günün qürur və sevincini yaşatmalıdırlar".
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında
- Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq
- Suqovuşan kəndinə köçmək üçün 180 ailə siyahıya alınıb