Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xocalı şəhidinin oğlu: "32 illik atasızlıq həsrəti bitdi, ailəmizin gözü aydın olsun"
"32 illik həsrətdən sonra atamı dəfn etdik, ailəmizin gözü aydın olsun".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında iyulun 11-də qalıqları dəfn olunan Xocalı şəhidi Zakir Usubovun oğlu Elmir Usubov deyib.
O, şəhid atasının nəşinin 32 ildən sonra dəfn edilməsinin ailələri üçün böyük təskinlik olduğunu bildirib:
"Xocalı soyqırımı baş verəndə mənim cəmi bir yaşım vardı. Bacım isə Xocalının işğalından bir neçə ay sonra dünyaya gəlib. Atamı tam xatırlamıram.
Bu gün atamın tabutunu çiynimdə daşıyaraq dəfn etdim. Deyə bilərəm ki, bütün ailəmizin gözü aydın olsun. Atamla heç vaxt şəklim olmayıb, indi onun məzarı ilə ilk şəklimi çəkdirdim".
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib