Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı
"Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində minaya düşən Nağı İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov fevralın 21-də saat 20:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona partlayış travması, sağ baldırın aşağı üçdəbirinin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib".
Qeyd edək ki, N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış hərbçisidir.
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı
- Qarlı havada 300-ə yaxın şəxs xəsarət alıb