Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabah Bakının bir prospekti və bəzi küçələri BAĞLI OLACAQ
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Bildirilib ki hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
"Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - deyə müraciətdə qeyd olunub.
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Xocalıda memorial kompleks yaradılır - 18,3 milyon manat ayrıldı
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Səfir: "Qaro Paylanın xam xəyalına son qoyulmalıdır"
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb