Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Növbəti köç karvanı Xocalıya çatıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 27-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.
Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad olunub.
Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.
"Xocalıya köç" teqi üzrə xəbərlər
- Yük maşını ilə Xocalıya geri dönən sakin duyğularını bölüşdü: "Yoldaşım qayıda bilmədi"
- Ballıcaya qayıdan sakin: "Yenidən qayğısız günlərimizi yaşayacağıq"
- Xocalı sakini: "Əslində, bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar"
- Xocalıya möhtəşəm qayıdış - Sakinlər özləri ilə şəhərə yeni həyat gətiriblər
- Daha 24 ailə doğma Xocalıya qayıdıb
Rəylər