Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 31 nəfər müəyyən olunub](https://images.oxu.az/2024/12/27/Mi4TDRngzwOMjyp16lwnCDNl2slCj2lYZ4OzCQUD:1200.jpg)
Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 31 nəfər müəyyən olunub
Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, son iki gün ərzində paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin, Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdam rayonlarında keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 31 nəfər müəyyən olunub.
Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
"Pirotexniki vasitələr" teqi üzrə xəbərlər
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
- Cəlilabadda azyaşlının əlində pirotexniki vasitə partladı: Ağır yaralandı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 15 nəfər müəyyən olunub
- Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi
- Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
Rəylər