Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Birinci Qarabağ müharibəsinin şəhidi Mirzəli Quliyev Xocavənddə dəfn edildi
Qalıqları Xocavənd-Ağdam rayonlarının inzibati sərhədində aşkar edilən, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəli Müslət oğlu Quliyevlə Xocavənd rayonunda keçirilən vida mərasimi başa çatıb.
"Report"un məlumatına görə, şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib