Mingəçevir şəhərinin Həsənağa Turabov küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Sakinlər son aylar yağan güclü yağışlardan sonra yolun daha da keçilməz olduğunu deyirlər.
"Yolu artıq üç dəfə öz hesabımıza təmir etdirmişik. Qonşuların hərəsindən 10-20 manat toplayıb çınqıl gətirtmişik. Qismət olsa, bu ay evimdə məclis edəcəyəm, amma gələnləri bu cür yolla qarşılamaq utancvericidir", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb:
"20 ildən artıqdır ki, bu ərazidə yaşayıram. Yol mədəniyyətdir, bu şərait bizə yaraşmır. Yağış yağanda bütün küçəni su basır. Nəticədə həftələrlə burada hərəkət etmək mümkün olmur".