"Beşiktaş" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə Çexiyanın "Hradets Kralove" klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdə yeganə qolu 40-cı dəqiqədə Vatslav Çernı vurub. Tərəflər arasında keçirilən ilk qarşılaşma da "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
İki oyunun nəticəsinə əsasən, turnirin pley-off mərhələsinə yüksələn "Beşiktaş" bu raundda Litvanın "Kauno Jalgiris" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsi çərçivəsində ilk qarşılaşmalar avqustun 20-də, həlledici cavab matçları isə avqustun 27-də baş tutacaq.