Yanğının baş verdiyi Bibiheybət qəsəbəsindəki Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksində bir çox tanınmış şəxslərin övladları təhsil alır.
Oxu.Az Qafqazinfo-a istinadla xəbər verir ki, “Bakılı oğlanlar” klubunun üzvü Cabir İmanovun uşaqları da yanğın zamanı orada olub. Jurnalist İlahə Vəliyeva bloqunda hadisə yerinə gələn Cabir İmanovun fotolarını paylaşıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalında baş verib. Zalın xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.
İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub.
Həmin fotoları təqdim edirik: