Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yanğında zərərçəkənlər müvəqqəti evlə təmin ediləcək
Bakıda yanğından zərər çəkən məcburi köçkünlər müvəqqəti yaşama yerləri ilə təmin ediləcək.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, yataqxanadakı yanğın hadisəsinin baş verməsinin səbəbləri araşdırılacaq:
“Yanğın baş verən binada yaşayan məcburi köçkünlərin vəziyyəti ağırdır. Təbii ki, ehtiyacı olan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi bizim üçün bir hədəfdir. Mənzilə ehtiyacı olan sakinlərin sayı həddindən artıq çoxdur və biz yaxın illər ərzində bu problemi aradan qaldıracağıq”.
Əli Əhmədov yanğından zərərçəkənlərə kömək edilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.
İlhamə Əbülfət
Rəylər