Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
"Müşahidələr onu deməyə əsas verir ki, sözügedən baryerlər qoparılaraq kənara atılıb. Bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumatda qeyd olunur ki, avtomobillərlə bağlı yarana biləcək münaqişəli məsələlərin aradan qaldırılması üçün mikromobillik zolaqları boyunca təhlükəsizlik sədləri quraşdırılır:
"Müxtəlif zamanlarda nəqliyyat vasitələrinin təsiri nəticəsində bu sədlər zədələnir, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə yol səthindən qopardılaraq kənara atılır. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur.
Qeyd edək ki, bu sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir".
Aygün Mirakif
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsində yerləşən velosiped zolaqlarının kənarına quraşdırılan baryerlər yararsız hala salınaraq, ətrafa səpələnib.
Xatırladaq ki, bu baryerlər minik avtomobillərinin və avtobusların velosiped zolağına daxil olmasının qarşısını almaq üçün müxtəlif küçə və prospektlərdə quraşdırılıb.
PhotoStock.az-ın əməkdaşları ərazidən fotoreportaj hazırlayıblar:
Daha çox foto burada: PhotoStock.Az.
"Velosiped zolağı" teqi üzrə xəbərlər
- Deputat: "Mikromobillik şəhəriçi hərəkət etməyin yeni və ətraf mühitə dost yoludur"
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- "Küçələr dardır, metro stansiyaları olmasa, hər şey daha da pis olar" - Paytaxtda sorğu
- Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"
- Bakının yeni NƏQLİYYAT TRENDİ: Velosiped və skuterlər