Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ravil Qənbərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru təyin olub.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata əsasən, o, yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məhərrəm Əliyev