Bu gün günorta saatlarında Bakı-Quba-Rusiya yolunda minik maşını aşıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə yolun 94,8-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Kəmalə Faiq qızı Nəcəfovanın idarə etdiyi “Nissan Tiida” markalı, 90 BP 208 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə 5 nəfər olub. Onlar müxtəlif dərəcəli xəsarətlər alblar.
Xəsarət alan sürücü, eləcə də, onun sərnişinləri 1955-ci il təvəllüdlü Valentina Beleqasova, 1988-ci il təvəllüdlü Aynurə Hadıyeva, 1956-cı il təvəllüdlü Səbirə Novruzova və 2003-cü il təvəllüdlü Xanlar Həmidov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Rauf Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, maşın texniki nasazlıq ucbatından aşıb. Avtomobilin təkərində problem olub.
Qeyd edək ki, avtomobildə olanlar Bakıdan Qubaya yas mərasiminə gedirmişlər.