Bakıda kişi meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl rayonun Həsən bəy Zərdabi 31/65 ünvanında aşkarlanan 30-35 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri görünmür.
İdarədən meyitin fotosunu da təqdim ediblər.
Onu tanıyanlardan Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə (012 - 434-02-02) və ya 29-cu Polis Bölməsinin növbətçi hissəsinə (012 - 432-30-28) məlumat vermələri xahiş olunur.

E.Ə.
www.oxu.az