Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 m2 olan mənzillər 101 m2 sahədə yanıb.
Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
16:16
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yanğın baş verən yataqxanaya baş çəkib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib.
Qeyd edək ki, bu gün Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. İlkin məlumata görə, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanıb.
14:14
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edir.
Binanın bir bloku tamam yanıb. Yanğın yerinə dörd yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.
Hadisə nəticəsində 5 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, onların hamısına hadisə yerində yardım göstərilib.
Hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilərək vətəndaşlara xidmət göstərir.
Yataqxanada yaşayan insanlar təxliyə olunub.
E.Ə.
www.oxu.az