İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) ölkə parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə günü, iyunun 7-də, Reuters nəşri məlumat yayıb.
“Terrorçulardan və onları dəstəkləyənlərdən qisas alınacaq. Buna heç bir şübhə ola bilməz”, - general-mayor Hüseyn Salami deyib.
Qeyd edək ki, bu gün Tehranda baş verən terror hadisələri zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
S.B.
www.oxu.az