Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlama
"Bakı Metropoliteni" üçün vacib məsələlərdən biri bənövşəyi xəttin uzadılması ilə bağlıdır. Bu istiqamətdə 6 stansiya inşa olunacaq".
Bunu "Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin stansiyaların yerləşməsi ilə bağlı məsələlər də həllini tapacaq:
"İnşa olunacaq stansiyalardan "Nizami" və "Xətai" stansiyaları yaşıl xəttə, "Sahil" stansiyasında keçid verilməklə qırmızı xəttə bənövşəyi xəttin keçidi təmin olunacaq".
B.Məmmədov əlavə edib ki, bənövşəyi xəttin əsas istiqaməti Xırdalan, Masazır, Sumqayıt, Bakı-Şamaxı yolu üzərində yerləşən qəsəbələr və yaşayış məntəqələridir:
"Həmin istiqamətdən gələn insanların bütün xətlərə inteqrasiya olunmaqla rahat hərəkəti təmin olunacaq. Eyni zamanda sərnişinlərimiz bununla vaxtlarına da qənaət etmiş olacaqlar".
Ətraflı Baku TV-nin süjetində:

"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- "28 May" metrostansiyasında qatarda nasazılıq YARANDI
- "Bakı Metropoliteni"ndə yüksək vəzifələrə TƏYİNATLAR
- "Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri İŞDƏN ÇIXDI
- "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib
- Bakıda metronun qarşısında qeyri-etik hərəkətlər edən şəxs HƏBS OLUNDU