Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib
Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna aparılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.
Şəhidin nəşi Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- "Facebook" erməni terrorçu Melkonyanla bağlı QADAĞANI GÖTÜRDÜ
- Şəhid qardaşı: "Anam onun həsrəti ilə bu dünyadan köçdü"
- Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyev dəfn edilib
- Cocuq Mərcanlı sakini: "Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib