Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yol polisi karantin rejiminə əməl olunmasına belə nəzarət edir - FOTOREPORTAJ
Yollarda təhlükəsizliyin təmin olunması və karantin rejiminin normalarına riayət edilməsi məqsədilə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması üçün tədbirləri mütəmadi olaraq davam etdirir.
Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən postlarda, eləcə də şəhərdaxili ərazilərdə vətəndaşlar və sürücülər yoxlanılır, buraxılış vərəqəsi olmayan şəxslər aidiyyəti üzrə müvafiq qaydada məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
FOTO:Ramil Zeynalov
Rəylər