Sosial şəbəkələrdə yol polisi ilə vətəndaşın münasibətlərini əks etdirən daha bir video yayılıb.
Oxu.Az xəbər verir ki, video YouTube-a aprelin 24-də yüklənib.
Kadrlardan sərxoş vəziyyətdə olduğu görünən vətəndaş polislə mübahisə etməyə başlayır. Polisin qarşısında dayanmış şəxsin əlinin qandallı olması da gözdən qaçmır. Sürücü polisi ölümlə təhdid edir, onu “sistemdən siləcəyini” bildirir.
Yol polisi əməkdaşının onu əsəbiləşdirmək üçün “kosa” dediyini görən vətəndaş “nakişi” ifadəsini işlədir. Bundan hiddətlənən DYP çavuşu ayağa qalxaraq vətəndaşın sinəsinə yumruqla zərbə endirir və təhqirə yol verməməsini söyləyir.
Məlumata görə, bu kadrlar Cəlilabad rayonu Dövlət Yol Polisi şöbəsində çəkilib.