Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yolda qalaraq tıxaca səbəb olan "BakuBus"la bağlı AÇIQLAMA
Ötən gün saat 19:15-də "BakuBus" MMC-nin istismarında olan 62 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JS-647 dövlət qeydiyyat nişanlı avtobusda metronun "Əhmədli" stansiyası yaxınlığında texniki nasazlıq baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, nəqliyyat vasitəsini idarə edən sürücü İlqar Qubadov dərhal "BakuBus" monitorinq mərkəzinə nasazlıqla bağlı məlumat verib:
"Mərkəzin verdiyi təlimatlara uyğun olaraq, sürücü problemi operativ şəkildə aradan qaldırıb, marşrut xəttinin hərəkəti qısa müddətdə bərpa edilib".
Məhərrəm Əliyev