Bu video sosial şəbəkələrdə 2012-ci ildə yayılıb. Ucar rayonunda çəkildiyi bildirilən videoda yol polisi əməkdaşının “avtoş”luq edən “VAZ-2107” markalı avtomobili təqib etdiyi əksini tapıb.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, yol polisi nə qədər göstəriş versə də, “07”-nin sürücüsü dayanmır və maşını arxaya sürərək qaçır.
Yol polisi isə mikrofonla onu dilə tutub saxlamağa çalışır:
“Qaçma, saxla, söz deyirəm”.