Bakı-Qazax yolunda yük maşını aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report Qərb bürosuna istinadən məlumat yayıb.
Bildirilir ki, Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində baş verib. Belə ki, "TIR" idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, Bakı şəhər Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Akif oğlu xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. M. Məmmədovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
L.Ə.