Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb.
Oxu.Az bu barədə Report-un Şirvan bürosuna istinadən xəbər verir.
Naməlum şəxsin cəsədi kanalın Göyçay rayonundan keçən hissəsində, Alxansaba ərazisində, kənd sakinləri tərəfindən aşkarlanıb.
Sakinlər cəsədi saat 20:30 radələrində aşkarladıqlarını bildiriblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.