Abşeron rayon prokuroru Qənimət Səfərov vəzifəsindən azad edilib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, o, baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilib.
Q.Səfərov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.
Q.Səfərov əvvəl Bakı şəhər Prokurorunun müavini işləyib. O, 2011-ci ildə həmin vəzifədən azad olunaraq Abşeron rayonunda prokuror postuna təyin olunub.
E.Ə.
www.oxu.az