Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zaqatalada ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb, xəsarət alanlar var
Zaqatalada baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.
Qeyd edək ki, qəza rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi KIA markalı avtomobil yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin VAZ-2106-nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i, saat 13:10-da Zaqatala rayonu ərazisində baş verən qəza nəticəsində dörd nəfər (biri qadın, üçü kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travmaları ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zərərçəkənlərə zəruri tibbi yardım göstərilir. Bir nəfər dərhal əməliyyata alınıb, vəziyyəti stabildir. Digər üç yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Muğanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Fəryad İbrahimovun idarə etdiyi KIA markalı, 77-BD-413 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında dayanan 10-GC-596 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobilə çırpılıb.
Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb, sərnişini 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, eləcə də KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakı-Sumqayıt yolunda yük maşını yerüstü piyada keçidinə çırpıldı: Yolda sıxlıq yarandı
- Bakıda "BakuBus" avtobusu minik avtomobili ilə toqquşub
- Abşeronda qəribə qəza: Qoşqudakı ekskavator "Prius"un üzərinə aşdı
- Moskvada avtomobilin izdihamın üzərinə hərəkət etməsi ilə əlaqədar iki nəfər saxlanıldı
- Düzgün ara məsafəsi saxlamayan avtomobil və moped sürücüləri qəzaya səbəb oldular