Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaqatalada doğuş zamanı körpə öldü - TƏFƏRRÜAT
Zaqatalada doğuş zamanı körpə ölümü ilə bağlı bəzi detallar məlum olub.
Günel Əliyevanın bacısı bildirib ki, səhər saatlarında onun qardaşına zəng olunub.
"Zəng gəldi ki, uşaq ölü doğulub. Sağlam uşaq idi, dünən tərpənən uşaq necə ola bilər bu gün ölü doğula bilər? Biz narazıyıq, həkimlər də bizə hədə-qorxu gəlirlər. Uşaq həkimi deyir ki, istəmirdinizsə gətirməzdiniz".
Ətraflı Baku TV-nin süjetində:

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.
Rayonun Muxax kənd sakini 33 yaşlı Günel Kamil qızı Əliyeva bu gün səhər saat 8 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Onun ailə üzvlərinin verdiyi məlumata görə, G.Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.
Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.
Yeni doğulan körpənin ölümünün dəqiq səbəbini öyrənmək məqsədilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
"Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda telekanal operatoru antibiotik iynəsi vurulduqdan sonra ÖLDÜ
- Lənkəranda övladının yanında elektrik xəttinə toxunan kişi faciəli şəkildə öldü
- İmişlidə vəfat edən dörd yaşlı uşağın ÖLÜM SƏBƏBİ BİLİNDİ
- Göygöldə həyatını itirən hamilə qadının yoldaşı: "Onları həkimlər ÖLDÜRDÜLƏR"
- Bakıda biryaşlı uşağın ölümünün detalları MƏLUM OLDU