Hacıqabulda 5,5 bal gücündə zəlzələ hiss edilib. Amma qorxulu bir şey yoxdur. İlkin olaraq dağıntı haqda məlumat daxil olmayıb.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a Hacıqabul İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Aslanov deyib.
Onun sözlərinə görə, buna baxmayaraq zəlzələ ilə bağlı ətraflı məlumat toplanılır:
“Bundan sonra hər hansı dağıntı olub-olmaması ilə bağlı ətraflı məlumat verilə bilər”.
Qeyd edək ki, 16:06-da zəlzələ paytaxt Bakıda da hiss olunub.