Zərdabda bir qrup şəxs etiraz edib.
Oxu.Az-ın məlumatına görə, Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilmədikləri üçün bu gün Ucar-Zərdab yolunu bağlayıblar.
Onlar qeyd ediblər ki, rayona yeni təyin olunan icra başçısı Mərdan Camalov bu yaxınlarda məsələnin qısa zamanda öz həllini tapacağını bildirmişdi: “Təəssüflər olsun ki, aylar keçsə də, məsələ öz həllini tapmadı”.
Qeyd edək ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.
Zərdabda bir qrup şəxs etiraz edib.Oxu.Az-ın məlumatına görə, Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilm...
Rəylər