"Bir vaxtlar şagird kimi köçkün düşdüyüm kəndimə indi müəllimə kimi qayıdıram".
Oxu.Az-ın məlumatına görə, bunu Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zərifə Məmmədova deyib.
O bildirib ki, öz doğma kəndində fəaliyyətini davam etdirəcək:
"Çox sevincliyəm, öz kəndimdə fəaliyyətimi davam etdirəcəyəm, şagirdlərimə təhsil verəcəyəm. Özüm ingilis dili müəllimiyəm. Allah cənab Prezidentimizi, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin".
Qaynar xətt:
(055) 224 12 12