"O vaxt Cəbrayıl rayonundan Xırdalana gəlmişdik, sonradan Ramanada bizə ev verdilər. Yoldaşımla məcburi köçkün düşmüşdük, amma indi övladlarım və nəvələrimlə birlikdə geri qayıdıram".
Oxu.Az-ın məlumatına görə, bunu növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Pəkuzər Sadıqova deyib.
O bildirib ki, 33 ildir həsrətində olduğu kəndinə qayıdır:
"Sevincimin həddi-hüdudu yoxdur. Şükür ki, bu günü gördük. Prezidentimizə təşəkkür edirəm ki, bizə bu sevinci yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah ordumuzu qorusun!"