"1993-cü ildə doğma yurdumuzdan didərgin düşmüşəm. Cəbrayıla qayıtmağı böyük həvəslə gözləyirdim. Bu gün artıq öz dədə-baba yurduma qayıdıram".
Oxu.Az xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan Vüsal Dünyamalıyev deyib.
O bildirib ki, Şükürbəyli kəndində artıq işlə də təmin olunub:
"Ölkə başçımıza Cəbrayıl sakinləri adından öz təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Özüm tarix müəllimiyəm və Şükürbəyli kəndində işlə də təmin olunmuşam. Böyük sevinc hissi ilə qayıdıram öz yurduma. Düşmən bizə çox ziyan vurdu. Amma bu gün biz yenidən o torpaqlara qayıdıb, yurd-yuvamızı bərpa edirik".