Bakıda zibillikdə kişi meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Polis ölən şəxsin fotosunu da təqdim edib.
Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.

E.Ə.
www.oxu.az