“Lavada-mərkəz” araşdırma mərkəzinin sorğusuna əsasən, rusların əksəriyyəti yaxın bazar günündə prezident seçkiləri keçirilərsə, Vladimir Putinə səs verərdilər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, ümumilikdə rusların 55%-i və seçki ilə bağlı qərar qəbul etmiş əhalinin 86%-i seçkilərdə Putinə səs verərdi.
Digər mümkün namizədlər arasında respondentlər Rusiyanın Kommunist Partiyasının lideri Gennadi Zyuqanov (respondentlərin 7%-i) və Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini (4%) qeyd ediblər.
Bununla yanaşı, müdafiə naziri Sergey Şoyqu, baş nazir Dmitri Medvedev və müxalifətçi Aleksey Navalnını da prezident görmək istərdilər. Onlardan hər biri respondentlərin 1% səsini toplayıb.