Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zığ dairəsi - Hava Limanı yolunda sürət həddi endirildi
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Bildirilib ki, bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
"Zığ dairəsi-Hava Limanı yolu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar