Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov 2014-cü il 25 aprel tarixində Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
Daşkəsən “22 saylı Yol İstismarı İdarəsi” (Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsi);
Şəmkir “23 saylı Yol İstismarı İdarəsi” (Şəmkir rayonu, Dəllər qəsəbəsi);
Gədəbəy “24 saylı Yol İstismarı İdarəsi” (Gədəbəy rayonu, Qızıltorpaq qəsəbəsi).
Gülnarə Zeynalova
www.oxu.az