Fev
2022
13:04
26
69
3504
Virtual karabakh

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı - VİDEO

3 Fev, 2022
13:04
3504

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 3-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısını təqdim edirik:

Fantastik döyüş “Ayın düşməsi”

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fevralın 3-dən ABŞ, Kanada və Çin istehsalı olan “Ayın düşməsi” fantastik döyüş filminin nümayişinə başlayır.

Filmin büdcəsi 150 milyon dollardır. Baş rolları Xolli Berri, Patrik Uilson və Con Bredli ifa ediblər. Filmin rejissoru Roland Emmerixdir. Filmin müddəti 130 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Sirli qüvvələr Ayı orbitdən çıxararaq onu planetimizə doğru yönəldir. Toqquşmadan bir neçə həftə əvvəl keçmiş astronavt və indi NASA-nın icraçı direktoru Co Fauler bəşəriyyəti xilas etmək üçün bir həll yolu olduğunu kəşf edir, lakin ona yalnız iki nəfər inanır: təqaüdçü astronavt Brayan Harper və sui-qəsd nəzəriyyəçisi K.S. Hausman. Məhz bu “qəhrəmanlar” kosmos səyahətinə getmək və ayın qaranlıq tərəfinin sirlərini açmaq məcburiyyətində qalırlar.

“Kor Valentin günü” komediyası

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Rusiya istehsalı olan “Kor Valentin günü” komediyasının nümayişi başlayır.

Filmin rejissoru Aleksand Barşakdır. Baş rolları Maksim Vitorqan, Mark Boqatıryov və Olesya Sudzilovskaya ifa ediblər. Filmin müddəti 130 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Hər münasibətdə böhranlar olur. İlin ən romantik günü qəhrəmanlar üçün ciddi sınaqlar hazırladı. Onların öhdəsindən gəlmək üçün güc tapacaqlarmı? Yoxsa qorxub ayrılacaqlar? Amurun oxu təsadüfən yanlış yerə dəysə belə, əsl sevginin hər şeyi necə fəth edə biləcəyi haqqında film...

Ailəvi filmi “Coui və Ella”

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Coui və Ella” ailəvi filminin nümayişinə başlayır.

Filmin rejissoru Stiv Şimekdir. Baş rolları Skip Şvink, Eşton Li və Bruks Rayan ifa ediblər. Filmin müddəti 100 dəqiqədir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Bəzən kiçik bir hadisə ciddi nəticələrə səbəb ola bilər. Bu hekayədə də belə oldu: muzeyin uğursuz qarətinə görə kenquru balası zooparkdan yoxa çıxdı. Bəli, tək yox, muzeydən oğurlanmış almazla birlikdə. Kenquru fermada tapılır və orada körpənin gizlənməsinə kömək edən və ona Coui ad verən Ella adlı qızla tanış olur. Ancaq sürprizlər bununla bitmir: Ella və Coui tez bir zamanda dostlaşırlar, çünki quyruqlu körpə danışa bilir!

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri