10 
Fev
2022
12:46
47
35
3893
Virtual karabakh

Bu gündən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

10 Fev, 2022
12:46
3893

Bu gündən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan məşhur filmlərin siyahısı məlum olub.

Belə ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Aqata Kristinin detektiv Erkül Puaronun sərgüzəştlərindən bəhs edən, eyniadlı kitabı əsasında çəkilən, ABŞ istehsalı olan “Nildə ölüm” filminin nümayişinə başlayır.

Filmin büdcəsi 7.920.000 dollardır. Baş rolları Qal Qadot, Armi Xammer və Rouz Lesli ifa ediblər. Filmin rejissoru Kennet Branadır.

Filmin müddəti 140 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Kennet Brana yenidən məşhur detektiv Herkul Puaroya çevrilir, Aqata Kristinin belçikalı bir detektivin macəralarından bəhs edən başqa bir şah əsərini çəkir. Bu dəfə, öz tətilini unudub müəmmalı qətli araşdırmaq ehtiyacı, Nil boyunca lüks kruiz gəmisində istirahət edən Puaroya çatır.

Növbəti kinolent - ABŞ istehsalı olan “Xəritələrdə mövcud deyil” macəralı döyüş filmidir.

Filmin rejissoru Ruben Fləyşerdir. Baş rolları Tom Holland, Mark Uolber, Sofiya Ali və Antonio Banderas ifa ediblər.

Filmin müddəti 130 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: İki rəqib - Neytan Dreyk və Viktor “Salli” Sallivanın müttəfiqlərə çevrilib dünyanın ən böyük xəzinəsini tapmaq üçün axtarışa başlayırlar. Onlar birlikdə tarixin ən böyük sirlərindən birini açacaqlar. Film bütün zamanların ən çox satılan və bəyənilən kompüter oyunlarından birinə əsaslanır.

ABŞ istehsalı olan “Mənimlə evlən” komediya melodramınında nümayişi başlayır.

Filmin rejissoru Ket Koyrodur. Baş rollarda isə Cennifer Lopes, Ouen Uilson və Maluma çəkiliblər.

Filmin müddəti 125 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Məşhur müğənni toydan əvvəl nişanlısının onu aldatdığını öyrənir. Tam çaşqınlıq içində, elə çıxışı zamanı o, ilk gördüyü kişidən, riyaziyyat müəllimindən onunla evlənməsini xahiş edir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində həmdə Çin istehsalı olan “Terrakota keşikçiləri” animasiya filminin nümayişi başlayır.

Filmin rejissorları Din Lyan və Lin Yunçandır. Baş rolda Tan Syaodur.

Filmin müddəti 120 dəqiqədir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Sehrli Terrakotanın keşikçiləri və Oniksin sehrli varlıqları uzun əsrlərdir ki, yeraltı dünyada bir-biri ilə müharibə aparırlar. Gənc Maqnus terrakota döyüşçüsü olmaq arzusundadır və bunun üçün Onikslərdən birini tutmalıdır. Maqnus sirli məxluqun axtarışına çıxır və Oniksi də axtaran gənc qız Ceyd ilə tanış olur. Qəhrəmanlar bir birilərinə aşiq olur və bədheybətlər işğalının əsl səbəbini tapmaq üçün birləşirlər...

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri