17 
Mar
2022
10:20
42
76
4852
Virtual karabakh

Azərbaycan melodramı “Olimpia” filmi “CinemaPlus”da - VİDEO

17 Mar, 2022
10:20
4852

Azərbaycan melodramı “Olimpia” filmi “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 martdan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Olimpia” filminin nümayişi başlayır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Mozalan” studiyasının ekran işi melodram janrındadır.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

Rolları Qurban İsmayılov, Kəmalə İsrafilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həci İsmayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov ifa ediblər.

Film haqqında qısa məlumat: Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRİ paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etmiş, uzaq Kubada sonalanmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar  yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. O, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərində qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırından içərək həyatlarından həzz alırlar.  Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o, tənha bir insandır. Nə ailəsi, nə uşağı, nə gələcəyə bir baxışı nə də planları və inamı yoxdur. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri