12 
İyn
2023
11:54
12
40
2317
Virtual karabakh

“CinemaPlus”da “Transformerlər” ilə yay mövsümünün açılışı olub - FOTO/VİDEO

12 İyn, 2023
11:54
2317

“CinemaPlus”da “Transformerlər” ilə yay mövsümünün açılışı olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib. Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

Tədbirin keçirilməsinin əsas səbəbi “Transformerlər” fantastik döyüş filminin yeni hissəsinin premyeradan öncə baş tutan nümayişi olub.

Nəhəng transformer və avtomobillər izləyicilərin maraq mərkəzində idilər.

DJ-in lazer şousu, alov və işıqla olan performans tədbirə xüsusi ab-hava verib.

Gecənin baş sponsoru olan “Porsche” şirkəti bu filmin çəkilişlərinə cəlb olunmuş avtomobil modellərini nümayiş etdirib.

Tədbirdə Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının Xalq artisti , Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Həmidə Ömərova, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev, Azərbaycan-Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov, “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev, o cümlədən jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Gecə elmi-fantastik janrında çəkilmiş “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filminin nümayişi ilə başa çatıb.

Stiven Keyl Juniorun rejissorluğu ilə çəkilən filmdə baş rollarda Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo, Piter Dinkleyc, Kristo Fernandes, Ron Perlman, Con Di Macio və Piter Kallen çəkiliblər.

“Transformerlər: Vəhşi Botların Yüksəlişi” transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın “Bamblbi” filminin davamıdır. Yaradıcıların fikrincə, filmin süjeti “Optimus Praim” xarakterinə yönələcək.

Filmin baş sponsoru “Porsche” avtomobil şirkətidir. Tədbirin təşkilində “Brand Media Groupse”, “Strafor” dekor şirkəti, “FRYDAY Burgers & Friese” restoranı, foto və videoya görə “Light in Blacke” kreativ şirkəti, Animator.az, “ASgarden”, “Hillside” premium çaxırları və “Red Bull” dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, film üç dildə - rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filmini “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri