İyl
2023
12:56
41
20
2586
Virtual karabakh

“CinemaPlus”da “Əyləncəli səyahət”adlı macəralı komediya - VİDEO

5 İyl, 2023
12:56
2586

“CinemaPlus”da “Əyləncəli səyahət”adlı macəralı komediya - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində, iyulun 6-dan etibarən “Əyləncəli səyahət” (JOY RIDE) adlı möhtəşəm və macəralı Amerika filminin nümayişi başlayır.

Hollivud komediyasının prodüseri, məşhur ssenarist və aktyor Set Rogendir. Onunla birlikdə əfsanəvi “Superbad”, “The Boys”, “Pam & Tommy” kimi qlobal hitlərə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və ortaq prodüserdir. Rogen karyerasında ilk dəfə olaraq qızlara yönəlmiş bir layihə həyata keçirib. Məşhur aktyor/prodüser “Mən ayda yüzlərlə ssenari alıram, oxuyuram, lakin “Əyləncəli səyahət”in ssenarisi şəxsən mənim üçün istənilən pulu ödəməyə hazır olduğum bir ssenari idi! O, çox gülməli və eyni zamanda ürəkdən yazılıb ki, bu da, şübhəsiz hər bir prodüser üçün böyük uğurdur” deyərək, SXSW festivalı çərçivəsində keçirilən filmin premyerası zamanı fikirlərini bölüşüb.

Qızların macəralarından bəhs edən komediya filminin rejissoru, ssenari müəllifi və prodüseri Adel Lim olub. Onun Hollivuddakı böyük uğurlarından biri məşhur “Crazy Rich Asians” filmi hesab olunur (dünya üzrə gəlir 238 milyon dollar olmuşdur). Limin rejissorluq debütünü etdiyi növbəti layihəsi - Disneyin animasiya blokbasteri “Raya və Son Əjdaha” idi.

Film unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu macəralarından bəhs edir. Odrinin (Eşli Park) işgüzar səfəri uğursuzluğa düçar olanda o, kömək üçün ən yaxın rəfiqəsi Loloya (Şerri Kola), Çin televiziya ulduzuna çevrilmiş kollec rəfiqəsi Ketiyə (Stefani Syui) və Lolanın ekssentrik əmisi qızı Mamiyə (Sabrina Vu) müraciət edir. Dörd dost birlikdə Asiya üzrə səyahətə çıxırlar və yol boyu özünü qəbul edib, sevməyin nə demək olduğunun kəşf edirlər.

Baş qəhrəman Obrini “Emily in Paris” şousunda baş roldan sonra tamaşaçıların aşiq olduğu aktrisa, rəqqasə və müğənni Eşli Park canlandırıb. Brodvey musiqili layihəsi “Mean Girls”da roluna görə Eşli Park nüfuzlu “Tony” Mükafatına namizəd olub.

Onun rəfiqəsi Ket rolunu isə, “ailəvi seriallar” ulduzu, Stefani Syu canlandırır. O, bu il məşhur elmi-fantastik komediya “Hər şey hər yerdə və bir anda” filmində baş qəhrəman Mişel Yeohun qızı roluna görə “Oskar” mükafatına namizəd olub. Syu həmçinin “Möcüzəli missis Meysel” layihəsində və “Şan-Çi və on halqa əfsanəsi” super qəhrəman blokbaster filmlərində rolları ilə tanınır.

Rotten Tomatoes da “Əyləncəli səyahət” (JOY RIDE) reytinqi heç vaxt  aşağı düşmür, ilk izləyicilər isə ona inamla yüksək qiymət verirlər.

“Əyləncəli səyahət” istirahət etmək və müsbət enerjilə yüklənmək istəyənlər üçün mükəmməl bir filmdir.

“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri