15 
Noy
2023
13:07
20
29
833
Virtual karabakh

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil edib - FOTO

15 Noy, 2023
13:07
833

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrı Dubayda keçirilən və bir çox ölkənin iştirak etdiyi VI “META Cinema Forum”da Azərbaycanı təmsil edib.

Bu barədə  kinoteatrdan bildirilib.

Qeyd olunub ki, forumda Hollivud və Avropa kinostudiyalarının ən yaxşı qapalı nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunub.

“META Cinema Forum” dünyada ən böyük kinokonvensiya hesab olunur. Tədbir çoxlu sayda regionu, layihəni, tərəfdaşı əhatə edərək Yaxın Şərq, Afrika, Asiya və MDB ölkələrindən, eləcə də dünyanın hər yerindən studiyaların nümayəndələrinin iştirak etdiyi kino sənayesi üçün ən mühüm regional foruma çevrilib.

Azərbaycandan ”META Cinema Forum”da ”CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında “Universal Pictures”, “Sony Pictures”, “The Walt Disney Company”, “Paramount Pictures” və “Warner Bros.” studiyaları yer alıblar. Bundan başqa, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçiriblər.

“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş etdirir.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri