Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
Azərbaycanın üç təmsilçisi Almaniyanın Regensburq şəhərində keçirilmiş karate-do üzrə Avropa çempionatında üç mükafat qazanıb.
Oxu.Az-ın məlumatına görə, İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Fuad Əliyev (+80 kq) turnirdə bürünc medalla kifayətlənməli olub.
Azərbaycan idmançıları komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.
Qeyd edək ki, komandaya bu yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.
"Azərbaycan Karate Federasiyası" teqi üzrə xəbərlər
- Elnur İbrahim Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi oldu
- Azərbaycan karateçilərinin 2024-cü ildə qazandığı medalların sayı bəlli olub
- Ülvi Quliyev: "Biz Rafael Ağayevə yüksək qiymət veririk"
- Rafael Ağayevin istefasına AKF-dən MÜNASİBƏT: "Karatemizin simasını heç kim itirmək istəməz"
- Azərbaycan karate üzrə beynəlxalq yarışlara ev sahibliyi edəcək
Ən çox oxunanlar